Vətən müharibəsi şəhidinin adına niyə protokol göndərilib? -AÇIQLAMA

Xəbər - Fərid Zöhrabov – Trend:

Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər paylaşılır.

Bununla bağlı DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib. Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edillib.


Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır.

Teqlər: