Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını
fəda etmiş oğullardan biri -şəhid polkovnik-leytenant Xeyrulla Mais
oğlu İbrahimovun ad günüdür.
Əslən İsmayıllı rayonunun Basqal kəndindən olan Xeyrulla
İbrahimov 1971-ci ilin aprel ayının 19-da Bakı şəhərində Mais və
Xalidə İbrahimovların ailəsində anadan olmuṣdur..1978-1985-ci
illərdə Suraxanı rayonunda 116 nömrəli tam orta məktəbdə,
1985-1988-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil
almışdır. 1988-1992-ci illərdə isə Ukrayna Respublikasında yerləşən
Xmelnitski adına Ali Artilleriya Komandanlıq Məktəbində “Artilleriya” ixtisasına yiyələnmışdir. Qeyd etmək lazımdır ki,
polkovnik-leytenant Xeyrulla İbrahimov çox uzun və şərəfli döyüş
yolu keçmişdir. Həm Birinci,həm İkinci Qarabağ müharibəsinin
iştirakçısı olan X.İbrahimov gənc yaşlarından hərbi diviziyon və
hərbi hissə rəhbəri olmuşdur.
Xeyrulla İbrahimov 1992-1994- cü illərdə Birinci Qarabağ
müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin,
Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak
etmişdir . 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı
Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə
yaralanmışdır,ancaq bu haqda ailəyə xəbər vermir.Anası Xalidə xanım
deyir ki,bu hadisədən yaxınları bir neçə il sonra bir təsadüf
nəticəsində xəbərdar olmuşdular.
Bir neçə ilə Xeyrulla İbrahimov leytenant rütbəsindən
polkovnik-leytenant rütbəsinə kimi yüksəlmişdir. 2003-cü il iyunun
24-də Azərbaycan Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən
Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub
saxlanmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi
hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman
fərqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif
olunmuşdur. Görüṣlərin birində Ulu Öndər qəhrəmanımıza demiṣdir: “Sən gələcəyin Əliağa Ṣıxlınskisisən”.
Könüllü olaraq 2011-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin
sıralarından ehtiyata buraxılmışdır. 20 il davam edən qüsursuz
xidməti ərzində “Kobra” ləqəbini qazanmışdır. X.İbrahimov
Azərbaycanın peṣəkar hərbçilərdən biri sayılırdı. O,uzun illər
Milli Qəhrəman general Polad Həṣımov və polkovnik İlqar Mirzəyev
ilə çiyin-çiyinə döyüṣüb vətəni düṣməndən qoruyurdu.Üç il ardıcıl
olaraq „Azərbaycanın ən yaxṣı zabiti” adına layiq görülmüṣdür.
2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində
Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı
təxribat törədildi və cəbhəboyu zonada yerləşən Azərbaycan
Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar,
minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv
atəşə tutuldu, nəticədə ölənlər və yaralananlar oldu. Bu barədə
məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra
günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş
fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı
Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum
əməliyyatlarının başlaması barədə qərar verildi.
Ürəyi vətən həsrəti ilə çırpınan ehtiyatda olan
polkovik-leytenant Xeyrulla İbrahimov Müdafiə Nazirliyinə könüllü
müraciət edir ,onun müraciətinə dərhal baxılır və Ordu Korpusunun
Artilleriya rəisi vəzifəsində müharibəyə yollanır. Xeyrulla
İbrahimov Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin,
Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən
döyüşlərdə iştirak edib. Ermənistan Ordusunun rəhbərliyi tərəfindən
döyüş meydanında “Kobra” ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun
öldürülməsi üçün pul mükafatı belə təyin edilmişdi. Xeyrulla
İbrahimov oktyabrın 26-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına
şəhid olmuşdur. II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılan və qarşısında qoyulmuş tapşırıqların icrası
zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan
Prezidenti İlham Əliyev sərəncamına əsasən Xeyrulla İbrahimov
ölümündən sonra “Vətən uğrunda” medalı”, “Azərbaycan
bayrağı”ordeni”, “Xocavəndin azad olunmasına görə” medalı”, “Füzulinin azad olunmasına görə” medalı, “Şuşanın azad olunmasına
görə” medalı ilə təltif olunmuşdur.
Şəhid polkovnik-leytenant Xeyrulla İbrahimovun xatirəsini
əbədiləşdirmək məqsədi ilə 2021-ci ilin oktyabrın 26-da, şəhidin
vəfatının ildönümündə Xətai İcra Hakimiyyətinın təşəbbüsü ilə Xətai
rayonunda,şəhidin yaşadığı evin yaxınlığında park və xatirə
lövhəsinin açılışı olmuşdur.