Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu hərbi ehtiram göstərilməsi zamanı Dövlət bayrağı ilə örtüləcək.

AzerTimes-ın məlumatına görə, bununla əlaqədar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik təklif edilir.

Təklifə əsasən, tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülən şəxslərin əhatə dairəsi genişləndirilir.


Layihəyə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, “Zəfər” və “Qarabağ” ordeni ilə təltif edilmiş bu sıraya daxil edilir.

Twitter: @ElchinMehdiyev

Teqlər: