Vətən müharibəsi qazisi naməlum səbəbdən öldü

Vətən müharibəsi qazisi naməlum səbəbdən öldü

Gəncədə 44 günlük Vətən müharibəsinin qazisi naməlum səbəbdən ölüb.

AzerTimes-ın Unikal-a istinadən məlumatına görə, şəhər sakini 2001-ci il təvəllüdlü Vəliyev Əli Mehman oğlu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsi zamanı Əli Vəliyevin dünyasının dəyişdiyi məlum olub. Qazinin hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

Xatırladaq ki , Əli Vəliyev 44 günlük Vətən müharibəsinin qazisi, III qrup əlilldir.

Əli Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”,“Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Teqlər: