Vətən müharibəsi iştirakçısı qəzada öldü

Vətən müharibəsi iştirakçısı qəzada öldü

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzerTimes-a bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi VAZ-2107 markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı Şəhriyar Məmmədovu vurub və nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Teqlər: