Vətən Müharibəsi iştirakçısı olan zabiti qətlə yetirən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan adam
öldürməkdə təqsirləndirilən Əli Musayevin cinayət işi üzrə məhkəmçə
prosesi başa çatıb. AzerTimes-ın məlumatına görə, hakim Telman
Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə
hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə. Musayev 9 il azadlıqdan məhrum
edilib.

Qeyd edək ki, ötən il noyabrın 9-u saat 17 radələrində şəhər
sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət
nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “TikTok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar
şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu,
Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş
mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı
nahiyəsindən bıçaqla xəsarət yetirmiş və nəticədə o, xəstəxanaya
aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanıb.

Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Onu da qeyd edək ki, hadisə zamanı ölən şəxs ehtiyatda olan
leytenant olub və Vətən Müharibəsində iştirak edib.

Teqlər: