Xəbər - Asif Mehman – Trend:
Vətən Müharibəsi iştirakçısı Sadıxbəyli Ramin Qaçay oğlu Kürdə batıb.
AzerTimes-ın məlumatına görə, Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə FHN-ə məlumat daxil olub.
Axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AzerTimes-a açıqlamasında bildirib ki, bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək (Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazidə) axtarışlar intensiv şəkildə davam etdirilir.
Batmış şəxslərdən R.Sadıxbəylinin yaxınlarının bildiriklərinə görə, o, vətən müharibəsində iştirak edib, bu il yanvarın əvvəllərində evə buraxılıb. Mingəçevir şəhərinə isə qonaq gedib. 31 yanvar tarixində Yusifov Səfxan Aydın oğluna aid qayıqla Kür çayında balıq tutmağa gedib. Saat 17.00-dan sonra isə ondan xəbər almaq mümkün olmayıb.