Vətən müharibəsi iştirakçısı Rəşad Rəşid oğlu Mehdiyev qəfil vəfat edib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, o, ötən gün beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Məlumatı mərhumun yaxınları təsdiqləyib.
Qeyd edək ki, 26 yaşlı Rəşad Mehdiyev Vətən müharibəsinə könüllü yollanıb. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.