Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Binəqədi Rayon Nümayəndəliyinin yeni istifadəyə verilmiş ofisinin açılışı olub.
Birlikdən AzerTimes-a verilən məlumata görə, açılış mərasimində müqəddəs şəhidlik zirvəsinə ucalmış general Polad Həşimovun anası Səmayə Həşimova, Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev, Millət vəkili Sevil Mikayılova, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşkarı, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla Birliyin icraçı direktoru Zamin Zeynal, sədir müavini Məcid Məmmədov, koordinator Məhəmməd Məmmədov, Binəqədi rayon nümayəndəliyinin sədri Yasəmən Qəyyumlu, İctimai birliyin fədakar idarə heyyəti fəal üzvüləri iştirak edərək çıxış edib.
Açılış mərasimində çıxış edənlər Şəhid ailələri və qazilərə diqqət və qayğı yönümündə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin həyata keçirdiyi vətənpərvər təşəbbüslərin əhəmiyyətindən söz açıblar. Natiqlər qeyd edib ki, bü cür nümayəndəliklərin yaranması Şəhid ailələri və Qazilərə diqqət,qayğı yönümündə müraciətlərin daha çevik şəkildə əlçatanlığın təmin edilməsi baxımından çox əhəmiyyətlidir.
İctimai Birliyin icraçı direktoru mətbuata açıqlamasında bildirib ki, son bir ildə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən minlərlə Şəhid ailələri və qazilərə hər cür diqqət və qayğı göstərmiş, onlara hüquqi, tibbi dəstək yönümündə də ictimai təşəbbüslər irəli sürülmüşdür. Əsas məqsəd Dövlət başçısı Cənab İlham Əliyevin Şəhid ailələri və Qazilərlə bağlı həyata keçirdiyi dövlət proqramına uyğun olaraq ictimai töhvələr verərək vətəndaş dəstəyi göstərməkdir.