“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi şəhid anaları ilə görüşüb (FOTO)

Xəbər - Samir Əli – Trend:

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyəti 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə torpaqlarımızın azadlığı uğrunda gedən vətən müharibəsində qəhrəmanacasına vuruşaraq şəhid olmuş, xalqımıza qələbə zəfəri bəxş etmiş, Şəhidlərə və ailələrinə, qazilərə daima diqqət və qayğı ilə yanaşaraq onlara mənəvi dəstək göstərmək məqsədi ilə tədbir keçirib.

Qurumdan AzerTimes-a verilən məlumata görə, tədbirdə İdarə heyətinin fəalları, Millət vəkilləri, QHT və ictimai nümayəndələri,şəhid anaları və ailə üzvüləri çıxış edərək Ölkə Başçısı, Ali Baş Komandan cənab İlham Əİliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə göstərdikləri diqqət və qayğıdan söz açıblar.

Qeyd ediblər ki, son bir ildə “Vətən Müharibəsi Əlillərinə kömək” İctimai Birliyinin şəhid ailələri və qazılərlə bağlı məqsədyönlü, uğurlu fəaliyyəti Dövlət Başçısının bu yöndə həyata keçirdiyi siyasətə içtimai dəstək olmaqdır. Çıxış edənlərin hər biri “Vətən Müharibəsi Əlillərinə Kömək”İctimai Birliyinin bu cür xeyirxah və hümanitar fəaliyyətinin bundan sonra “#bizbirlikdəgüclüyük” şüarı altında davam etdirməyin əhəmiyyətindən danışıblar.

Teqlər: