Vərziqanda tarixi əsərlər məhv edilir

Vərziqanda tarixi əsərlər məhv edilir

Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində Əmir Ərşəd sarayının həyətində saxlanılan tarixi qoç heykəlləri məhv edilir.

AzerTimes xəbər verir ki, bu barədə yerli mədəni fəallar məlumat və video paylaşıblar.

Bildirilib ki, Qaradağın müxtəlif bölgələrindən toplanan daşdan tarixi qoç heykəlləri açıq havada baxımsız vəziyyətdə saxlanılır.

Videolarda tarixi əsərlərin çoxunun dağıldığı, sındırıldığı, bir neçə parçaya bölündüyü göstərilir.

Qeyd edək ki, daşdan yonulan qoç heykəlləri Azərbaycanın müxtəlif bölgələrində minlərlə idi. Son illər Mədəni İrs Nazirliyinin məsuliyyətsizliyi ucbatından onların çoxu oğurlanıb, qalanların əksəriyyəti isə Tehran və başqa şəhərlərin muzeylərinə aparılıb.

Hazırda Təbriz muzeyi və Vərziqanın Əmir Ərşəd sarayında bir neçə sındırılmış qoç heykəlinin qalıqları saxlanılır.

Teqlər: