Bu gün yerli vaxtla səhər 11.50-də Versal sarayı təxliyə elan edib.
AzerTimes xəbər verir ki, sarayın X sosial şəbəkəsindəki məlumatda deyilib.
“Versal sarayının ziyarətçiləri təhlükəsizlik baxımından təxliyə olunublar. Saray müvafiq yoxlama aparıldıqdan dərhal sonra açılacaq. Biz sizin anlayışınızı dəyərləndiririk”, – məlumatda vurğulanıb.
Fransa polisinin məlumatına görə, təxliyə bomba partlayışı təhlükəsi ilə əlaqədar yaranıb.
Qeyd edək ki, bu, son günlər ərzində baş verən altıncı insidentdir.