Verilən güzəştli kreditlər hesabına minlərlə yeni iş yeri açılıb – Agentlik

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycan Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dayanıqlı sahibkarlığın təmin olunmasında beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır.

Trend-in məlumatına görə, bunu Agentliyin İdarə heyəti sədrinin müavini Leyla Məmmədova bazar ertəsi Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı deyib.

O bildirib ki, Azərbaycanda sahibkarlara güzəştli kreditlərin və subsidiyaların verilməsi davam edir:

“Bu vəsaitlər texnikanın və digər zəruri avadanlığın satın alınması və dayanıqlı sahibkarlığın təmin olunması üçün verilir. AKİA bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Həmçinin, biz dövlət büdcəsi hesabına sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması üçün xarici təcrübəni inteqrasiya edirik”.


L.Məmmədova vurğulayıb ki, 2020-ci ildə Agentliyin gördüyü işlər və verilən güzəştli kreditlər hesabına minlərlə yeni iş yeri açılıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: