Vergilər artırıldı, iğtişaşlar başladı

Vergilər artırıldı, iğtişaşlar başladı

Keniyada vergilərin kəskin şəkil artırılması səbəbindən iğtişaşlar baş verib.

AzerTimes xəbər verir ki, Keniya milli hökumətinin təklif etdiyi vergi artımına etiraz əlaməti olaraq bu həftə ərzində ikinci dəfə etiraz aksiyası baş verib. İkinci aksiyadan sonra Keniyanın təhlükəsizlik qüvvələri mitinqin dayandırılması üçün iğtişaş yerlərinə göndərilib.

Keniya siyasətçisi Opiyo Vandayinin açıqlamasına görə vergi artımına qarşı çıxan nümayişçilər polis tərəfindən zorla dağıdılıb. Aksiya nəticəsində bəzi etirazçıların öldürüldüyü bildirilir.

Teqlər: