Vergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbə ləğv edilib

Vergi ödəyicilərinə xidmət mərkəzlərində onlayn növbə ləğv
edilib.

Dövlət Vergi Xidmətindən AzerTimes-a verilən məlumata görə, ölkədə
COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı
aparılan tədbirlər çərçivəsində 2020-ci ilin may ayından etibarən
vergi ödəyicilərinə xidmət mərkəzlərində vətəndaşların qəbulu
əvvəlcədən onlayn növbəyə yazılmaqla həyata keçirilirdi.

Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi
karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti
mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ
Qərargah tərəfindən qəbul edilmiş qərar nəzərə alınaraq, vergi
ödəyicilərinə xidmət mərkəzlərinin işində müəyyən dəyişiklik
edilib. Belə ki, vergi ödəyiciləri 2022-ci il martın 9-dan etibarən
həmin mərkəzlərdə göstərilən xidmətlərdən, iş rejimi nəzərə
alınmaqla, onlayn növbəyə yazılmadan istifadə edə bilərlər.

Teqlər: