Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklər plenar iclasa tövsiyə olunub

Xəbər - Elçin Mehdiyev – Trend:

Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında birinci oxunuşda olan qanun layihələri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

AzerTimes-ın məlumatına görə, bu sənədlər işğaldan azad edilmiş ərazilərin minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi çərçivəsində istifadə olunan avadanlıqların idxalının 5 il müddətinə ƏDV-dən və gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.

Hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Teqlər: