Vergi Məcəlləsinə dəyişiklik edilir

Vergi Məcəlləsinə dəyişiklik edilir

Bu gün (9 sentyabr) Əmək və sosial siyasət komitəsinin ilk iclasında “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə dəyişiklik edilməsi məsələsi müzakirəyə çıxarılıb.

“Təklif edilən dəyişikliyə görə, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa və ya I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin istəyi ilə arvadın (ərin), himayəçinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd edək ki, həmçinin Məcəllənin 102.4.4-cü maddəsinin də ləğv edilməsi təklif edilib.