Vergi əməkdaşlarına pensiya yeni qaydada təyin olunacaq

Vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və
onların ailələrinə uzun müddət xidmət vaxtına görə pensiya təyin
ediləcək.

AzerTimes-ın məlumatına görə, bu
barədə Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə,
gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə
hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və
onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət
xidmət vaxtının hesablanması qaydası haqqında” qərara dəyişiklik
edilib.


Qərar baş nazir Əli Əsədov tərəfindən imzalanıb.

Teqlər: