Verdyan: Qarabağda terror – azərbaycanlıları onlar öldürür

Verdyan: Qarabağda terror – azərbaycanlıları onlar öldürür

Qarabağda mülki şəxslərin ölüm halları davam edir. Azərbaycanlıların ölümü. Bu gün mülki mütəxəssislərin olduğu avtomobil tank əleyhinə minaya düşüb, iki nəfər həlak olub. Lakin əvvəlki hallardan fərqli olaraq, yəni müharibədə basdırılmış minaların partlamasından fərqli olaraq, bu dəfə partlayan minalar həmin əraziyə təzə basdırılıb. Azərbaycanın gündəlik istifadə etdiyi yola basdırılıb, yəni bu dəfə təxribat olub. Və bu, düşündürücüdür. Azərbaycan hərbi cinayətkar hesab etdiyi hər kəs üçün əsl siçan tələsi qurdu. Hətta bütün erməni cəmiyyəti qışqırsa da ki, Qarabağda hərbi cinayətkar yoxdur, amma onlar oradadırlar və onlar cinayətkar olduqlarını çox gözəl başa düşürlər.

AzerTimes xəbər verir ki, bunu erməni bloger İşxan Verdyan Teleqram kanalında yazıb.

“Sadə insanlardan fərqli olaraq, Qarabağdakı hərbi cinayətkarlar nə etdiklərini bilir və onları nəyin gözlədiyini anlayırlar. Vaqif Xaçatryan və onun kimi generallar, eləcə də digər quldurlar çıxışı yalnız Azərbaycan həbsxanasına açılan çantada olduqlarını başa düşdülər. Onlar özlərini ovlanmış heyvan statusunda görürlər və belə heyvanlar təhlükəli olurlar. Bu quldurların bir sadə tapşırığı var – özlərini xilas etmək. Onlar dayanmayacaqlar, itirəcəkləri heç nə yoxdur. Onlar terrorlarına davam edəcəklər. Bu quldurlar ancaq özlərini xilas etmək haqqında düşünürlər və onlar vəziyyətin öz axarı ilə getməsinə, sonlarının gəlməsinə imkan verməyəcəklər. Onlar özləri üçün məqbul bir nəticə əldə edənə qədər partladıb öldürəcəklər. Bunun onları xilas edəcəyi fakt deyil, amma cəhd etməkdən başqa yol görmürlər. Əslində işğal altında olan Qarabağda hər şeyi həmişə generallar həll edirdi və bu gün onlar da vəziyyəti öz əllərində saxlayırlar. Onlar istənilən dinc cəhdi sabotaj edəcək və heç kimin sakitləşməsinə imkan verməyəcəklər. Və öldürməyə davam edəcəklər”, – o bildirib.

Teqlər: