
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin korteji qəzaya uğrayıb. Hadisə nəticəsində bir polis əməkdaşı yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.
Məlumata görə, insident Tennessi ştatının Merivil şəhərində baş verib. Həmin gün Vensin kortejindən olan bir polis amerikalı vitse-prezidenti müşayiət edərkən qəzaya uğrayıb. Qəza nəticəsində polis əməkdaşı Castin Braun ağır xəsarətlər alıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və səhər əməliyyat olunub.

