Venesuelada təbii fəlakət: 36 nəfər öldü

Venesuelada təbii fəlakət: 36 nəfər öldü

Venesuelanın şimalında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 36 nəfər ölüb, daha 56 nəfər itkin düşüb.

AzerTimes xəbər verir ki, bu barədə Venesuelanın daxili işlər, ədliyyə və sülh naziri Remixio Sebalyos bildirib.

“Təəssüf ki, indiyə qədər bizdə 36 meyit var və 56 nəfər itkin düşmüş hesab olunur”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl 25 nəfərin öldüyü açıqlanmşdı.

Teqlər: