Venesuelanın Araqua ştatında baş verən daşqınlar nəticəsində azı 22 nəfər ölüb, daha 52 nəfər isə itkin düşüb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin vitse-prezident Delsi Rodriqes deyib.
“Böyük sürüşmə baş verdi. Texerianın mərkəzi hissəsində, beysbol sektorunda çaylar məcrasından çıxıb, ciddi itkilər var. Hazırda 22 ölü tapılıb, 52-dən çox insan itkin düşüb”, – Rodriqes bildirib.
Qeyd edək ki, Karib dənizindən keçən Xulia qasırğası ölkənin şimalında leysan yağışlarına səbəb olub. Prezident Nikolas Maduronun göstərişi ilə Araqua ştatında silahlı qüvvələrin iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.