Venesuelanın cənubunda daşqınlar nəticəsində qızıl mədənini su basıb.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, Bolivar ştatının El-Kalyao səmtində yerləşən Talavera şaxtası güclü yağışlar səbəbindən su altında qalıb.
Məlumata görə, hadisə zamanı 12 şaxtaçı həlak olub. Mədəndən 112 nəfər xilas edilib. Axtarışlar davam etdirilir.