Venesuelada cari ilin 4 ayı ərzində qiymət artımı 240 faizdən çox olub.
AzerTimes-ın verdiyi xəbərə görə, bu barədə Venesuela Maliyyə Rəsədxanasının “Twitter” səhifəsində deyilir.
Məlumatda bildirilir: “Aprel ayında inflyasiya 33,4 faiz, ilin əvvəlindən isə 240,5 faiz təşkil edib”.
Qeyd edilir ki, illik qiymət artımı 2 840 faiz təşkil edib.
Venesuela son illərdə hiperinflyasiya və milli valyutanın devalvasiyası ilə müşayiət olunan sosial-iqtisadi böhran yaşayır. BMT-nin məlumatına görə, ölkəni təxminən 4,5 milyon nəfər tərk edib, onların təxminən 80 faizi region dövlətlərindədir.