Venesuelanın hüquq-mühafizə orqanları iyulun 28-də keçirilən prezident seçkilərinin nəticələrinə etirazlarla müşayiət olunan iğtişaşlar zamanı təxminən 749 nəfəri saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.
Baş prokurorun sözlərinə görə, saxlanılanların şübhəli bilindiyi cinayətlər arasında təkcə ictimai əmlakın dağıdılması deyil, həm də “terrorizm və nifrətin qızışdırılması” var.
Saab həmçinin iğtişaşlar zamanı bir əsgərin öldüyünü təsdiqləyib.