Venesuelada da meymunçiçəyi aşkarlandı

Venesuelada da meymunçiçəyi aşkarlandı

Venesuela hökuməti ölkədə ilk meymunçiçəyi xəstəliyinə yoluxma qeydə alındığını bildirib.

AzerTimes xəbər verir ki, bu barədə Venesuela Səhiyyə Nazirliyi məlumat yayıb.

Venesuela hökuməti bazar günü bildirib ki, Madriddən gəldikdən sonra Karakas yaxınlığındakı əsas hava limanı vasitəsilə ölkəyə daxil olan bir kişidə meymunçiçəyi xəstəliyi aşkarlanıb.

“O, dərhal təcrid olunub, nümunələr götürülüb, analizlər aparılıb və nəticə müsbət çıxıb”, – nazirliyin məlumatında deyilir.

Səhiyyə naziri Maqali Qutierrez Tvitterdə bildirib ki, təmasların izlənməsi davam edir.

Teqlər: