Venesuelanın paytaxtı Karakasda yerləşən saxlanılma mərkəzindən 55 yetkinlik yaşına çatmayan şəxs saxlanma mərkəzindən qaçıb.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, onlar qazdıqları yeraltı tuneldən istifadə ediblər.
Qeyd edilir ki, aprelin sonunda oxşar olay ölkənin Karabobo ştatında baş verib. O zaman 30 məhkum qazdıqları tuneldən istifadə edərək həbsxanadan qaça biliblər.