Venesuela sərhədə ordu yığır – Xəbərdarlıq

Venesuela sərhədə ordu yığır – Xəbərdarlıq

Venesuela mübahisəli Essekibo bölgəsinə görə, neftlə zəngin Qayananın sərhədinə yüngül tanklar, patrul katerləri və zirehli nəqliyyat vasitələri göndərir.

AzerTimes xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.

“Venesuela yüngül tankları, raketlə təchiz olunmuş patrul katerlərini və zirehli personal daşıyıcılarını sərhədə daşımaqla, Qayananın bəzi hissələrini ilhaq etmək və on ildən artıqdır ki, dünyanın ən böyük neft yataqlarından birinə nəzarəti ələ keçirməyə çalışır”, – deyə bildirilib.

Eyni zamanda, Qayana Xarici İşlər Nazirliyindən nəşrə verilən açıqlamada Venesuela hakimiyyətinin “pis niyyətindən” təəccüblənmədikləri vurğulanıb.

Teqlər: