Xəbər - Orxan Nəbiyev – Trend:
Venesuela parlamenti koronavirus pandemiyası ilə əlaqədar bir həftə müddətinə işini dayandırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə parlamentin sədri Xorxe Rodriges bildirib.
Qeyd olunur ki, aprelin 5-dən etibarən parlamentin plenar, eləcə də komissiya iclasları keçirilməyəcək. Parlament bu həftə yalnız zərurət yaranacağı təqdirdə toplana bilər.
Bir müddət əvvəl Venesuela prezidenti Nikolas Maduro aprelin 5-dən başlayaraq sərt karantin tədbirlərini daha bir həftə müddətinə uzatdığını elan etmişdi.
Ölkədə bu günədək 166 mindən çox şəxs koronavirusa yoluxub, 1 644 nəfər vəfat edib.