Venesuela müxalifət lideri bu ölkənin səfirliyində gizlənib

Venesuela müxalifət lideri bu ölkənin səfirliyində gizlənib

Niderlandın Karakasdakı səfirliyi bir neçə həftə gizli şəkildə Venesuela müxalifətinin lideri Edmundo Qonzales Urrutiaya sığınacaq verib.

AzerTimes xəbər verir ki, bu barədə RTL kanalı məlumat yayıb.

Məlumata görə, Qonzalez Urrutia iyulun 28-də keçirilən seçkilərdən qısa müddət sonra müvafiq sorğu ilə diplomatik missiya ilə əlaqə saxlayıb. Xarici siyasət rəsmilərinin kiçik bir qrupu ilə məsləhətləşdikdən sonra Niderland xarici işlər naziri Qaspar Veldkamp onun istəyinə müsbət cavab verib.

Teqlər: