Venesuela Hərbi Hava Qüvvələrinə məxsus hücum təyyarəsi Suliya ştatı yaxınlığında qəzaya uğrayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Nacional” nəşri məlumat yayıb.
Məlumata görə, qəza zamanı təyyarədə iki pilot olub. Pilotların hər ikisi yaralanıb.
Qəza ilə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.