Venesiya Komissiyasına Tiflisdən sərt cavab

Venesiya Komissiyasına Tiflisdən sərt cavab

Venesiya Komissiyasının “Xarici agentlər haqqında” qanunla bağlı rəyinin heç bir hüquqi əsası yoxdur.

AzerTimes xəbər verir ki, bunu gürcüstanlı deputat Salome Kurasbediani deyib.

“Nəticədə Venesiya Komissiyası QHT-lərin və medianın şəffaflığının pis və qeyri-demokratik olduğunu yazmağa məcbur oldu. Bu, təbii ki, bu təşkilata və onun qorumalı olduğu dəyərlərə inamı sarsıdır”, – o vurğulayıb.

Qeyd edək ki, Venesiya Komissiyası rəsmi Tiflisə qanunu ləğv etməyi qətiyyətlə məsləhət görüb.

Teqlər: