Velosiped idman növü üzrə “Zəfər kuboku” keçirilib (FOTO)

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Respublika Olimpiya Velosiped Məktəbi, Azərbaycan İdman Jurnalistləri Federasiyasının, “Gənc velosipedçilər” İctimai Birliyi, “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi və BrendSport təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazandığımız böyük zəfərə həsr edilmiş “İlhamlı Qələbələr” adlı idman festivalı çərçivəsində jurnalistlər və incəsənət nümayəndələri arasında velosiped idman növü üzrə “Zəfər kuboku” keçirilib.

AzerTimes xəbər verir ki, tədbirdə rəsmi qonaqlardan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) baş katibi Fərhad Əliyev, “Qızıl fit” sahibi, “İlhamlı Qələbələr” adlı orduya dəstək kampaniyasının fəal üzvü Hicran Şərifov, Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov, Respublika Velotrekinin direktoru Ceyhun Mirzəyev və Qrepplinq federasiyasının vitse-prezidenti Abbaslı Hüseynəli, layihə rəhbəri Bəhruz Səmədov iştirak ediblər.

Yarışda ümumilikdə paravelosipedçilərlə birlikdə 34 nəfər iştirak etdi. Gərgin və maraqlı keçən yarışın sonunda kişilər arasında I yeri “Baku” TV-nin əməkdaşı Zaur Hacıyev, II yeri “Trend” BİA-nın əməkdaşı Elgün Mənsimov, III yeri isə AzTV-nin əməkdaşı Ümüd Süleymanov tutdu.

Qadınlar arasında isə I yerə “Sehrli dünya” uşaq jurnalının əməkdaşı Aynur Nurəliyeva, II yerə “Uğurdan” Nitq İnkişaf Mərkəzinin rəhbəri Günay Ağazadə, III yerə “Sehrli dünya” uşaq jurnalının təsisçisi, baş redaktoru Gülzar İbrahimova sahib olublar.

Paravelosipedçilərdən isə I yeri Mehman Ramazanzadə, II yeri Bəhlul Əliyev, III yeri isə Amid Həsənquliyev əldə etdi.


Yarışmanın sonunda qələbə qazanan iştirkaçılara dəyərli hədiyyələr, diplom və medallar təqdim olundu.

Xatırladaq ki, “İlhamlı Qələbələr” adlı festival peyntbol, stolüstü tennis, mini futbol və şahmat idman növləri üzrə çempionatların keçirilməsi ilə davam edəcək.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az

Teqlər: