Vəliyev Portuqaliyanın nümayəndə heyəti ilə görüşdü

Vəliyev Portuqaliyanın nümayəndə heyəti ilə görüşdü

18 noyabr 2024-cü il tarixdə Milli Məclisin Portuqaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Samir Vəliyev ölkəmizdə səfərdə olan Portuqaliya parlament nümayəndə heyəti ilə görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə Portuqaliya parlamentinin deputatları Ana Santos, Manuela Tender, Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov və Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mario Martins və digər rəsmi şəxslər iştirak ediblər.

COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçirilən Parlament Görüşündən bəhs edən millət vəkili Samir Vəliyev iqlim dəyişmələrinin mənfi təsirlərindən qorunmaq və onun fəsadlarının aradan qaldırılması üçün dövlətlərin və parlamentlərin birgə səylərinin önəmli olduğunu bildirib.

Portuqaliya Milli Assambleyasının Ətraf Mühit və Enerji Məsələləri komitəsinin sədri Salvador Malheiro Portuqaliyanın Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu əlaqələrin daha da genişləndirilməsi üçün parlamentlərin rolundan bəhs edib.

Görüşdə Azərbaycan Respublikasının Portuqaliya Respublikasındakı səfiri İlqar Muxtarov, Azərbaycan və Portuqaliya Respublikaları arasında ikitərəfli münasibətlərin, xüsusilə Parlamentlərarası əlaqələrin daha da dərinləşməsi və Portuqaliya iş adamlarına Azərbaycanın təqdim edə biləcyi imkanlarından əhatəli şəkildə bəhs edib. İ.Muxtarov gələcəkdə Portuqaliya Respublikası Parlamentində də Azərbaycan Respublikası ilə eyni dostluq qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıb.

Sonda Milli Məclisin inzibati binası ilə tanış olan qonaqlar plenar iclas zalını və Heydər Əliyev xatirə muzeyini ziyarət ediblər.

Teqlər: