Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında paralimpiya üzgüçülük idman növü üzrə Açıq Avropa çempionatının qızıl medalına sahib çıxmış, bununla da Tokio-2020″ Yay Paralimpiya Oyunlarına lisenziya qazanan Vəli İsrafilovu həm öz adımdan, Azərbaycan Üzgüçülük Federasiyası və millimiz, bütün idman ictimaiyyəti adından ürəkdən təbrik edirəm. Bu uğurda bir məşqçi kimi mənim, Rəşad Əliyevin və Serqey Bondarın əməyi olduğundan çox qürur duyuram. Hazırda bizim rəhbərliyimiz altında intensiv məşqlərini davam etdirən Vəli İsrafilov uzun illər Üzgüçülük Federsiyasının dəstəyi ilə müxtəlif təlim məşq toplanışlarında və yarışlarda çıxışlar edərək beynəlxalq təcrübələr əldə etmişdir.
Bunu AzerTimes-a Azərbaycan Üzgüçülük üzrə Milli komandanın baş məçşqçisi Rəşad Əbdürrəhmanov deyib.
Onun sözlərinə görə Vəli İsrafilovun uğuru Azərbaycanın üzgüçülük idman növünün uğurlarından biridir:
“Çox qürurvericidir ki, Azərbaycan idmanı günü gündən inkişaf edir. Üzgüçülük də belə sahələrdəndir. Son illər yetirmələrimiz beynəlxalq arenalarda yüksək nəticələr göstərir. Bu da bizi çox sevindirir. Vəli İsrəfilova və digər lisenziya qazanmış idmançılarımız bol bol uğurlar arzu edirəm”
Məlimat üçün bildirək ki, Vəli İsrafilov Portuqaliyanın Madeyra şəhərində keçirilən böyüklər arasında paralimpiya üzgüçülük idman növü üzrə açıq Avropa çempionatında 100 metr məsafəyə brass üsulunda yarışlarda 1 dəqiqə 4 saniyə nəticə ilə bütün rəqiblərini geridə qoyub və qızıl medala sahib olub.