Xəbər - Humay Ağacanova – Trend:
Azərbaycanda vəkilliyə qəbulla bağlı növbəti ixtisas imtahanlarının yazılı test mərhələsi keçirilir.
Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, DİM-in kompüter mərkəzində keçirilən imtahanda iki növbəli olmaqla 280 namizəd iştirak edir.
Üç saat davam edəcək imtahanda namizədlərə hüququn müxtəlif sahələrinə aid 100 test sualı təqdim olunur. Bu suallardan 60 mümkün balı toplaya bilən namizədlər imtahanın növbəti. şifahi mərhələsində iştirak edə biləcəklər.
Hər sual 1 balla qiymətləndirilir.
İmtahanda iştirak edən ən yaşlı namizəd 64, ən gənc isə 24 yaşındadır.
Regionlar üzrə namizədlərin təmsil olunma nisbəti Bakı şəhəri üzrə 68 faiz, regionlar üzrə 32 faizdir.
Qeyd edək ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin sərəncamı ilə Vəkillər Kollegiyasına ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, Kollegiyaya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.