Vəkillər rüşvətdə təqsirləndirilən gömrük işçilərinə bəraət istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsində
keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi
üzrə məhkəmə prosesi davam edib.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə
çıxışı edib. Onlar müvəkkillərinə bəraət istəyib.

Proses martın 16-da davam etdiriləcək.

Qeyd edək ki, prokuror ötən prosesdə təqsirləndirilən şəxslər-
Elmar Mirzəyevin 8 il 6 ay, Sadiq İsgəndərovun 8 il 2 ay, Rafael
Əzizovun 8 il 1 ay, Orxan Zöhrabovun 8 il 3 ay, Emin Xəlilovun 8 il
2 ay, Azər Baxşyevin 8 il 2 ay, Mirağa Ağayevin 8 il 3 ay, Ceyhun
Şabanovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini
istəyib.
Qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını ümumi rejimli
cəzaçəkmə müəssisəsində çəkməlidirlər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında
Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən
əməliyyatla saxlanılıblar.
Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək
barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma)
maddəsi ilə cinayət işi başlanılıb.

Teqlər: