Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü vəfat edib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Çernin Eduard Mayoroviç bu gün vəfat edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, E. Çernin uzun müddət xəstəlikdən əziyyət çəkib. O bu gün dünyasını dəyişib.


Qeyd edək ki, Çernin Eduard 2017-ci ilin fevralında Azərbaycana ekstradisiya edilmiş Aleksandr Lapşinin vəkili olub.

Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Teqlər: