Vəkillər Kollegiyasına yeni sözçü təyin olundu

Vəkillər Kollegiyasına yeni sözçü təyin olundu

Azərbaycan Vəkillər Kollegiyasına yeni sözçü təyin edilib.

AzerTimes xəbər verir ki, bu vəzifə tanınmış jurnalist Etibar Məmmədova həvalə olunub.

O, bundan sonra fəaliyyətini Vəkillər Kollegiyasının mətbuat katibi vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, E.Məmmədov uzun müddət media sahəsində çalışıb. Onun son iş yeri “e-huquq.az” saytı olub. Jurnalist həmin saytın baş redaktoru vəzifəsində işləyib.

Teqlər: