Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu

Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu

Vəkillər Kollegiyası Avropa Gənc Vəkillər Assosiasiyasına üzv qəbul olunub.

AzerTimes xəbər verir ki, Vəkillər Kollegiyasının (AR VK) beynəlxalq arenada uğurları davam edir. Son 5 il ərzində bu sferada görülən işlərin məntiqi davamı olaraq, AR VK bu il də Avropa Gənc Vəkillər Assosiasiyasına – European Young Bar Association (EYBA) üzvlüklə bağlı müraciət edib. Müsbət qiymətləndirilmə və uğurlu keçən prosesdən sonra, 29 aprel 2023-cü il tarixdə AR VK rəsmi olaraq EYBA təşkilatına üzv qəbul olunub.

EYBA təşkilatı Avropanın gənc vəkillərinin və vəkil qurumlarının qeyri-kommersiya birliyidir.

EYBA 30 il əvvəl, 23 may 1993-cü il tarixində Çex Respublikasının paytaxtı Praqa şəhərində yaradılıb. Avropanın hər bir nöqtəsindən gənc vəkilləri və vəkil qurumlarını bir təşkilatda birləşdirən EYBA, eyni zamanda bütün qitədəki gənc vəkillər və vəkil qurumlar üçün vahid səs platforması kimi tanınır.

2018-ci il tarixindən etibarən EYBA təşkilatına Avropa Şurasının Beynəlxalq Qeyri-Hökumət Təşkilatlarının (BQHT) Konfransında iştirakçı statusu verilib.

EYBA təşkilatı hazırda 200.000-dən çox gənc vəkili və vəkil qurumlarını təmsil edərək, onların maraqlarını müdafiə edir, habelə üzvlərinin sayını artıraraq, Avropada fəaliyyət göstərən gənc vəkillər və vəkil qurumları ilə əlaqələrini genişləndirmək üçün müxtəlif tədbirlər, kurslar, konqreslər, görüşlər və şəbəkələşmə sessiyaları təşkil edir.

EYBA təşkilatı demokratiya, insan hüquqları, ədalət mühakiməsinə çatımlılıq və qanunun aliliyi kimi əsas təməl prinsiplər üzrə fəaliyyət göstərir.

Assosiasiya və onun üzvlərimiz üçün yaratdığı imkanlar haqqında daha ətraflı məlumatla keçid vasitəsilə tanış ola bilərsiniz.

Teqlər: