Vəkilindən Bəxtiyar Hacıyevlə bağlı məlumat: 20 fevralda…

Vəkilindən Bəxtiyar Hacıyevlə bağlı məlumat: 20 fevralda…

Bəxtiyar Hacıyevin ev dustaqlığı ilə bağlı vəsatətə 20 fevral 2023-cü il tarixində saat 14:30-da Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

AzerTimes xəbər verir ki, bu barədə ictimai fəalın vəkili Aqil Layıc məlumat yayıb.

Qeyd edək ki, B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. O, CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunur.

Hacıyev jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə təqsirli bilinir.

Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini bildirir. Bu səbəbdən B.Hacıyev 11 fevralda müalicə müəssisəsinə köçürülüb.

Teqlər: