vəkilin Millətinə səmimiyyəti

vəkilin Millətinə səmimiyyəti

Millət vəkili Astan Şahverdiyevin “Rusiyaya işləməyə gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxod”larıdır” sözləri Azərbaycan cəmiyyətinin böyük narazılığa səbəb olub.

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Millət vəkilinin verdiyi bilgiyə görə, tərəflər razılığa gəliblər.

Əhali deputatın onların Rusiyada işləyən qohum-əqrabalarını təhqir etdiyini, bu səbəbdən üzr istəməli olduğunu düşünür. Hətta “Facebook” sosial şəbəkəsində millət vəkilinə qarşı kampaniya da başladılıb. Onun üzr istəməsi tələb edilir.

O, bu ifadəni istəmədən işlətdiyini bildirib: “Cəbrayıllılarla bağlı baş verən insidentdən sonra mənə “Azadlıq radiosu”ndan zəng vurmuşdular. Orada yaralanan polisləri görəndən sonra çox əsəb, stress keçirmişdim. Gələn zəng o ana düşüb və istəmədən belə bir ifadə işlətmişəm. Təəssüf edirəm ki, ehtiyatsızlıq ucbatından işlətdiyim fikirlər insanları incidib. Dediklərimin cəmiyyətdə bu qədər rezonans doğuracağı ağlıma da gəlməzdi. Əlbəttə, məsələnin belə böyüməsində mənə qarşı şəxsi qərəzi olan insanların da rolu az olmadı. Bu məsələnin haradan qaynaqlandığını bilirəm.

İnsanlar əmin olsun ki, mən elə demək istəməmişəm. Məqsədim insanları incitmək, təhqir etmək olmayıb. Bilirəm ki, Avropada, Rusiyada Azərbaycan xalqını yüksək səviyyədə təmsil edən iş adamları, ziyalılar var. Onların çoxu ilə şəxsən tanışam. Amma etiraf etmək lazımdır ki, xaricdə, xüsusən Rusiyada yaşayanların çoxu xalqımızı layiq olmayan şəkildə təmsil edirlər. Bu yaxınlarda Tümen şəhərindən olan bir nəfər alim mənə dedi ki, “sizin adamlar bazar adamlarıdır”. Mən həmin vaxt lazımi səviyyədə onun cavabını verdim”.

Astan Şahverdiyev qeyd edib ki, fikrilərini düzgün ifadə edə bilmədiyi üçün özünü qınayır: “Fikirlərimi düzgün ifadə edə bilməmişəm. Bu səbəbdən təəssüf hissi keçirirəm. Heç vaxt istəməzdim ki, xalqımı incidim”.

Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib. 9 polis əməkdaşı yaralanıb. Aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində cinayət işi açılıb.

Deputat Astan Şahverdiyev isə bu məsələyə münasibət bildirərkən narazılığa səbəb olan ifadələr işlədib. Həmin müsahibəni və səsyazmanı sizə təqdim edirik:

Əhali limiti keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burda hakimiyyətin günahı yoxdur. Günah əhalidədir”.

-Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. “Azərişıq”-ın müavinləri, Cəbrayılın icra başçısı da burda idi. Danışıb konsensusa gəldik.

-Necə həll ediləcək problem? Borc silinəcək və ya qismən ödəniləcək?

-Məcburi köçkünlərə güzəştlər olacaq. Borc silinəcək. Təzə məsələlər qaldırmışıq. Camaatın kerosinlə təmin edilməsini istədik. Bu, evlərın qızdırılmasından ötrü lazımdır. Bu qış çox sərt qışdır. Əhaliyə kömək etmək lazımdır.

-Astan müəllim, həmin qəsəbələr qazlaşdırılmayıb, bəlkə problemin həllinə burdan başlamaq lazımdır?

Bu rayonun ətraf kəndləri də hələ qazlaşdırılmayıb, ona görə birdən-birə, birbaşa… Qazlaşdırma o kəndlərdən başlanmalıdır. Azərbaycanda məcburi köçkünlərin yaşadığı hər yer qazlaşdırılıb, bir bura qalıb.

-Maraqlandınızmı, əhali niyə işıq pulunu verə bilmir? Yəqin onların da səbəbi var.

-Burda əhalinin də günahı var. Ayda adambaşına limit qoyulub. Bunlar da limiti keçirlər. Limiti də keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burda hakimiyyətin günahı yoxdur. Günah əhalidədir.

-Hər halda, əhali pulunu ödəmirsə, bunun səbəbi var. Bəlkə işləri yoxdur, buna görə elektrik enerjisinə borc bu qədər çox yığılıb? Üstəlik də həmin qəsəbələr qazlaşdırılmayıbsa, elektrik enerjisi sərfiyyatında limiti aşmaq normal deyilmi?

-Ödəməlidirlər, amma pulları yoxdur deyə, ödəyə bilmirlər.

-Belə çıxır işsizdirlər. Bəlkə də ilk növbədə işlə təmin etmək lazımdır onları?

-Bu gün konsensusa gəldik də. “Azərişıq”ın müavinləri gəlmişdi. Orda uzun söhbətlər getdi, qərara gəlindi ki, insanlar işıqsız qalmamalıdır. Burda 11 qəsəbə var, 22 min də əhali. Onların istilik mənbəyi işıqdır.

-Bir də dediniz ki, bir qrup nəşəli, içkili adam etirazlara qalxıb…

– Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır.​

-Bəs etirazlar zamanı saxlanılanlarla maraqlandınızmı? Onların aqibəti necə olacaq?

-O saxlanılanlar ən “yarıy” (ruscadan tərcümədə “azğın”, “qudurğan” deməkdir – red.) adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar. Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə.

-Etirazçılar arasında yaralanan olubmu? Rəsmi məlumatda ancaq polislərin yaralandığı bildirilir.

-Olub. Amma əksər zərərçəkən, yaralananlar polislərdir. Mən bura gəldim nələr gördüm. Azğınlaşmış kütlə bir polis postunu keçib, iki polis postunu keçib… Onların içində hər cür adam olub.

-Astan müəllim, bu adamlar yəqin məcbur qalaraq etiraza qalxıblar?

-Məcbur qalmayıblar. Onlar hamısı bir mərkəzdən idarə olunublar. Məcburi köçkünlər cəmiyyətin ən zərif təbəqəsidir. Bunların heysiyyəti ilə oynamaq olmaz.

Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir. Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 1 xidməti avtomobilin şüşələrinin sındırıldığı bildirilir.

Aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi-ndə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb.

Amma sakinlərin AzadlıqRadiosu-na deməsinə görə, olaylar zamanı rəsmi açıqlamada deyildiyi kimi, 9 yox, 1 polis nəfəri xəsarət alıb.

Atılan daş parçası İmişlidən gətirilmiş polis nəfərlərindən 25 yaşlı Elvin Əsədli-nin dəbilqəsinə dəyib. Dəbilqənin qırılmış şüşəsinin onun gözünə xəsarət yetirdiyi deyilir. Polis nəfərinin gecə ikən Bakıya aparıldığı, xəstəxanaya yerləşdirildiyi bildirilir. Məcburi köçkünlər mülki şəxslərdən də xəsarət alanların olduğunu deyiblər.”

Tənqid edən həmdaşlarımızın cavab olaraq dediklərini sizlərə təqdim edirik:

Qeyd edək ki, maraqlısı olan odur ki, sözü gedən ‘şəxs’ Azərbaycan Respublikasının Milli məclisinin deputatı və “İnsan hüquqları komitəsinin üzvü“dür.

shahverdiyev2


Sonrakı xəbər