Vaqif vəkilin dəyisməsinə etiraz etmədi. Yeni vəkil təcrübəlidir.
Bu sözləri AzerTimes-a Vaqif Xaçatryanın keçmiş vəkili Natiq Bəybalayev deyib.
Onun sözlərinə görə, səhhəti ilə əlaqədar Azərbaycanı tərk etmək məcburiyyətindədir:
“Mən müalicə ilə əlaqədar uzun müddət xaricə getməliyəm. Məhkəmə iclaslarını belə uzun müddətə təxirə salmaq olmur. Bu səbəbdən ərizə verdim ki, müalicəyə getməyimlə əlaqədar bu işdə vəkil səlahiyyətlərimə xitam verilsin. Bu səbəbdən də məhkəmə ərizəmi təmin etdi. Mən müəyyən müddət Azərbaycanda olmayacağam. Harada və hansı ölkədə müalicə olunmağıma gəlincə, bu, şəxsi məlumatdır”.