Mərhum politoloq Vəfa Quluzadə Fələstinlə bağlı illər öncə maraqlı açıqlaması yenidən gündəm olub.
AzerTimes xəbər verir ki, Vəfa Quluzadənin dediyinə görə, Fələstin hərəkatı Sovet İttifaqından böyük yardımlar alırdı.
“Əgər Sovet İttifaqı Fələstin hərəkatını yaşadırdısa, Fələstin hərəkatının rəhbərliyi də ermənilər üçün SSRİ-nin istədiyini etməyə hazır idi. Məsələn, SSRİ Fələstin hərəkatına müəyyən qədər silah ötürəndə, xahiş edirdi ki, bir hissəsini ermənilərə versin. Onlar da bunu edirdilər. Ermənilər Fələstin hərəkatçılarının bazalarında təlim keçirdilər”, – deyə mərhum politoloq vaxtilə bildirmişdi.