Son bir sutka ərzində Yəməndə 20 nəfər vəbadan vəfat edib. Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatı yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, son 3 həftə ərzində ölkədə 242 nəfər bu xəstəliyin qurbanı olub. Habelə, daha 2460 nəfərə vəba diaqnozu qoyularaq tibbi nəzarət altına alınıb.
Ümumdünya Səhiyyə Təşkilatının Yəmən üzrə nümayəndəsi Nevio Zagaria jurnalistlərə bildirib ki, ölkədə vəba epidemiyası görünməmiş sürətlə yayılır. İlin sonuna qədər daha 250 min nəfərin vəbaya yoluxması ehtimalı var.
Zagaria iki ildir ölkədə hərbi əməliyyatların getməsi səbəbindən səhiyyə xidmətlərinin pisləşdiyi Yəməndə vəbanını qarşısının alınmasının çətinləşdiyini əlavə edib.