ADAS’da Veb Dizayn kursu daxilində əhatə olunan mövzular:
– Vizual və funksional dizayn
– Konsepsiya
– Rəng kombinasiyaları
– Responsiv dizayn
“UI və UX” ifadəsi tez-tez birlikdə istifadə edilməsinə baxmayaraq,
onlar həqiqətən iki müxtəlif sahədir. Həm UX həm də UI baxımından
çox geridə olan ölkəmizdə, təəssüf ki, bu işi peşəkar edənlər hətta
özləri arasında fərqini bilmirlər. Ölkəmizdə UXD (User Experience
Designer) və ya UİD (User Interface Designer) ilə tanış olmaq çox
çətindir. Azərbaycanda əksər insanların cv-lərində “UI / UX”
yazılır. Bunun bir səbəbi onların aralarındakı fərqin məlum
olmamasıdır.
Qısaca; UI interfeys dizayn deməkdir. Məsələn televizor pultunun
yuxarıdakı düymələri interfeys dizaynın nümunəsidir. Dizaynerin
qərarlarının nəticəsi olaraq düymələrin yeri, ölçüsü və rəngləri və
s. tərtib olunur. Günümüzdə, internet saytlarına, mobil tətbiqlərə
ehtiyac və tələb artdıqca, əvvəllər önəmli olmayan interfeys
dizaynı getdikcə daha vacib olur və zamanın ən gəlirli sahələrindən
biri olmağa doğru gedir. Sadə və istifadə edilə bilən bir interfeys
indi istifadəçilərə sayta asanlıqla daxil olub və orada çoxlu zaman
keçirmələri üçün şərtdir. Əgər saytın interfeys dizaynına deyil
kontentinə önəm versəniz istifadəçiləri saytda saxlamaq cəhdiniz
yenə də boşa çıxacaq. Saytınız istifadəyə yararlı, funksional
olması istifadəçinin saytda qədər zaman keçirəcəyinə birbaşa təsir
edən əsas amildir.
UX tamamilə fərqli bir hadisədir. Belə ki, UX dizaynerinin
dizayn mənşəli olmasına belə ehtiyac yoxdur. Çünki UX necə
göründüyü deyil daha çox necə hiss etdirməsindən asılıdır. UX-in
məqsədi sadə, rahat və asan bir şəkildə hər hansı xidmətdən
istifadənizi təmin etməkdir. Bunu edərkən, qrafik dizayn mühüm
amildir, lakin tək amil deyil. UX informasiya memarlığı, qarşılıqlı
dizayn, istifadəçi testləri, mövcudluq və məzmun strategiyası
əsasda işləməlidir. Bundan əlavə, psixologiya, antropologiya və
sosiologiya bilikləri UX dizayner üçün böyük üstünlükdür. UX çox
geniş sahədir. Belə ki, UX dizaynerləri yalnız istifadəçinin
saytdan rahat istifadəsini təmin etməklə kifayətlənmir. Bir
məhsulun satışından qapıya çatdırılma xidmətə kimi bütün prosesi
əhatələyir.
Unutmaq olmaz ki, veb-sayt şirkətinizin rəqəmsal dünyadakı
simasıdır.
Veb Dizayner olmaq üçün tələb olunan bilik və bacarıqları əldə
etmək üçün ADAS-da qeydiyyatdan keçməyə tələsin!
https://adas.az
Tel.: (050/055) 306 54 34