Rusiyanın “AvtoVAZ” avtomobil şirkəti elektron komponentlərin
tədarükündə davam edən böhranla əlaqədar iyunun 6-dan başlayaraq
dördgünlük iş rejiminə keçəcək.
Trend-in
məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, bu rejimin üç ay müddətində davam etməsi nəzərdə
tutulub.
Məlumata əsasən, şirkətin Tolyatti və İjevsk şəhərlərindəki
müəssisələrində iş həftəsi azaldılacaq. Bu qərar şirkətin bütün
əməkdaşlarına şamil olunacaq.