Göyçay rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi olub.
AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.
Belə ki, “Toyota Prado” və VAZ-2106 markalı minik avtomobilləri toqquşub.
Hadisə zamanı rayon sakinləri, 1993-cü il təvəllüdlü Vasif Maarif oğlu Eminov və 2004-cü il təvəllüdlü Vüsal İlqar oğlu Mirzəliyev xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.