Koronavirus infeksiyası dinamikası yüksək olaraq qalır. Çoxumuz mümkün sağlamlıq təhlükəsi səbəbiylə davamlı stress yaşamaqdayıq. Ancaq daimi narahatlıq insan orqanizminə heç bir fayda vermir: nə psixoloji, nə də fiziki baxımdan. Koronavirus səbəbiylə həyəcan, panika həmlələrinin təsirini necə dəf etmək olar?
Hər kəsin bəlli bir təşviş həddi var. Bu, normalda insanın bədənini tonusda saxlamağa kömək edir. Ancaq qeyri-müəyyənlik qarşısında narahatlıq, həyəcan- yeni naməlum bir şeylə üzləşdikdə bəzən arta bilər. Bundan sonra narahatlıq qorxuya, qorxu vahiməyə çevrilir. Nəticədə, hisslərimiz, qorxularımız kontroldan çıxır, davranışımızı irrasionallıq və hisslər idarə edir. Artan həyəcanla, emosional həddindən artıq yüklənmə, emosional deformasiya yaradırıq ki, bu da öz növbəsində, sübut olunmuşdur ki, immuniteti zəiflədir. Nəticədə tək koronavirusa deyil, digər infeksiyalara dayanaqlığımız azalır.
Laqeydlik göstərməyin: yoluxma təhlükəsi yüksək olaraq qalır. Qapalı məkanlarda maska taxmaqla , sosial məsafə gözləməklə, gigiyenik qaydalara əməl etməklə koronavirusa qalib gələ bilərsiniz. Panik fikirlərin öhdəsindən gəlməyə çalışın. Olmayan simptomları axtarmayın. Birincisi koronavirus mövzusunda narahatlıqlar varsa, obyektiv bir cihazla ölçülən əsas simptomdan başlayın-termometrlə qızdırmanızı ölçün. Öskürək, nəfəs darlığı və sinədə basqı varsa, özünüzü qorxutmadan ilk öncə rahatlanmağa cəhd edin və mütləq həkimə müraciət edin.
Öskürək xəstəlik deyil, əksinə orqanizmin müdafiə xarakterli və tənəffüs yollarının təmizlənməsi reaksiyasıdır. Adətən yapışqan bəlğəm və bronxlardaki spazm tənəffüs yollarının azad olmasına mane olur. Belə hallarda Fibron preparatı sizə kömək edəcək. Fibron bronxlardakı spazmı aradan qaldıraraq bəlğəmi durulaşdırır və eyni zamanda onun xaric olmasını təmin edir. Fibron bronxolitik, bəlğəmgətirici, öskürəkəleyhinə təsir göstərir, bronxlardakı ödemin azalmasına və iltihabın aradan qalxmasına kömək edir. Bronxların və öskürək reseptorlarının qıcıqlanmasını azaldır, bununla da öskürək refleksinin azalmasına səbəb olaraq, bu əzabverici simptomdan xilas edir. Fibron siropunun üstün cəhətlərindən biri də bütün yaş qruplarında istifadəsinin mümkünlüyüdür (yeni doğulmuş dövrdən etibarən).
Beləliklə, hər zaman psixi sağlamlığınızı möhkəm tutmağa çalışın. Unutmayın, sağlam bədəndə sağlam ruh olar. Vaxtınızı ailənizə sərf edin. Yarımçıq qalmış işlərinizi bitirin. Karantin tədbirlərinə görə artıq qalmış vaxtınızı panikaya sərf etməyin. Həyəcanla mübarizədə ən yaxşı vasitə aktiv fəaliyyətdir.