Ukraynada münaqişə kritik mərhələyə daxil olub.
AzerTimes xəbər verir ki, bunu Böyük Britaniya müdafiə naziri Con Hili deyib.
“İndi Ukraynada müharibə kritik mərhələyə qədəm qoyub. Avropanın təhlükəsizliyimizi və kollektiv müdafiəmizi gücləndirməsinin vaxtıdır. NATO-nun şərq cinahını gücləndirmək üçün birlikdə çalışırıq”, – Hili bildirib.